Təzəpir məscidində bayram namazı qılınıb 

09:06 06.06.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda Təzəpir məscidində Qurban Bayramının namazı qılınıb.

Hafta.az xəbər verir ki, bayram namazənda şəhərin sakinləri, ölkədə yaşayan əcnəbilər və bir sıra din xadimləri iştirak ediblər.

Namaz Qafqaz Müsəlmanları İdarəsi sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə qılınıb.

Qeyd edək ki, bu il Azərbaycanda Qurban bayramı iyunun 6-7-də qeyd olunur.